Axtarış
C Çağrı mərkəzi 9:00 до 18:00
/az

AŞINMAYA QARŞI MÜDAFİƏ

Alpha-Vinyl qoruyucu təbəqədə yeni aşınmaya qarşı mühafizə texnologiyasına malikdir ki, bu da rəqiblərlə müqayisədə 5 dəfə yaxşıdır.

Bu nə üçün lazımdır?

Evdə intensiv istifadə yerlərində (məsələn, mətbəx masasının qarşısında, stulların altında, qapının yanında) aşağı aşınma müqaviməti parlaqlıqda nəzərəçarpacaq fərqlərin və cızıqların yaranmasına səbəb olacaq.

Buna necə nail oluruq?

Lakın birinci təbəqəsi qoruyucu aşınmaya davamlı təbəqəyə çəkilir, məsamələri bağlayır, sonra struktur (relyef) yaradılır, bundan sonra lakın ikinci təbəqəsi çəkilir.

 

İKİ LAK TƏBƏQƏSİ – İKİQAT MÜDAFİƏ:

  • Lakın birinci təbəqəsi şəffaf qoruyucu təbəqənin (overleyin) məsamələrini bağlayır;
  • Presləmədən (relyefvurmadan) sonra 2-ci elastik lak təbəqəsi 1-ci lak təbəqəsinin üzərinə çəkilir və bütün çökəklikləri plyonka ilə örtür, məsamələrdə parlaqlıq fərqinin yaranmasının qarşısını alır, kir, ləkə və qara zolaqların düşməsindən qoruyur -> asan təmizləmə, "ucuz" parıltının olmaması;
  • Tutqun görünüş -> təbii materiala maksimum yaxınlaşma;
  • Tərkibinə sərtliyinə görə korund/almaz yaxın olan mineralların mikro-hissəcikləri daxildir ki, bu da mikro-cızıqlardan qorunmanı yaxşılaşdırmağa imkan verir -> görünüşün qorunması

 

Qoruyucu təbəqə sayəsində 5 əsas üstünlük əldə edilir:

  • Ləkələrdən qorunma;

  • Mikro-cızıqlardan qorunma;

  • Qara zolaqların yaranmasından qorunma;

  • Məhsulun səthinin və pahın eyni tutqun parlaqlığı;

  • Qoxunun olmaması.

 

CİZIQ VƏ PARLAQLIQ SƏVİYYƏSİNİN DƏYİŞMƏSİNƏ DAVAMLILIQ TESTİ

 

Vinil üçün ümumi EN16511 standartı mövcuddur ki, onun çərçivəsində aşınma müqaviməti testləri aparılır. EN16511 standartına həmçinin məhsulun parlaqlığın dəyişməsinə qarşı davamlılığını müəyyən etmək üçün sürətləndirilmiş sürətlə gündəlik aşınma testi daxildir. Bu qüsurlar ayrı-ayrı testlərin köməyi ilə qiymətləndirilir, bundan sonra döşəmə örtüyünə öz əmsalı və ya göstəricisi verilir.

Parlaqlıq səviyyəsinin dəyişməsi – göstərici üzrə testlər aparılır:

MSR А – məhsulun parlaqlıq səviyyəsinin dəyişməsinə qarşı davamlılığı (test zamanı, qurğu fırlanmağa başlayanda, ilk növbədə xarici təbəqə aşınmağa başlayır – bu, parlaqlığın dəyişməsi (və ya məhsulda təkbətək ləkələr) kimi görünür. Məişət şəraitində bunu müəyyən bir yolla gəzinti ilə müqayisə etmək olar (məsələn, evdə dəhlizdə). Bu güclü təsir deyil, lakin biz istifadə zamanı məhz döşəmə örtüyündə parlaqlıq fərqinin nəzərə çarpdığı halları bilirik.


блеск.png

Vinilə 33-cü sinif aşınma müqaviməti vermək üçün məhsulun səthi parlaqlıqda maksimum 30% dəyişə bilər, yəni <= MSR-A2 parametrlərinə düşməlidir.

Cızıqlara davamlılıq:

                                                   царапины.png


Əvvəllər standartlara cızıq testi də daxil idi:

MSR В – məhsulun səthində görünən cızıqlara qarşı davamlılığı.

Burada daha güclü təsirdən danışırıq. Döşəmə örtüyünün istifadəsi zamanı kirin mikro-hissəcikləri (aşındırıcı olmaqla) döşəməni cızaraq səthdə mikro-cızıqlardan xoşagəlməz "hörümçək toru" izləri buraxa bilər. 2020-ci ildən MSR-B cızıq testi məcburi olmaqdan çıxdı, buna görə də cızıqlara davamlılıq standartlarla nəzarət olunmur. UNILIN bu günə qədər vinil örtüyünün səthi laminatdan daha asan cızıldığı üçün bu parametrlər üzrə üst təbəqənin keyfiyyətinə nəzarət edir. Cızıqlar üzrə tələblərimiz: <= MSR-B2.

Alpha-Vinil üçün Quick-Step tələbləri:

Vinilə 33-cü sinif aşınma müqaviməti vermək üçün məhsul maksimum bir neçə çətinliklə görünən cızıqlara malik olmalı və parlaqlıqda maksimum 30% dəyişməlidir, yəni <= MSR-A2 və <= MSR-B2 parametrlərinə düşməlidir.

Beləliklə, yekunlaşdıraq.

Quick-Step Alpha Vinil qoruyucu təbəqəsinin üstünlükləri:

  • Biz döşəmə örtüyünü aqressiv mühitdən qoruyan xüsusi ikiqat lak çəkmə texnologiyasından istifadə edirik: ləkələr, mikro-cızıqlar, qara zolaqlar, süni parıltı;
  • Qoruyucu təbəqədə yeni aşınmaya qarşı texnologiyanın tətbiqi mikro-cızıqlardan qorunmanı yaxşılaşdırmağa imkan verdi, indi göstəricilərimiz rəqiblərlə müqayisədə 5 dəfə yüksəkdir;
  • Belə bir məhsula qulluq etmək daha asandır, ləkə izləri asanlıqla yuyulur, ikiqat lak təbəqəsi isə döşəmə örtüyünün ilkin görünüşünü daha uzun müddət saxlayır;
  • İkiqat lak çəkilməsi sayəsində vinilin səthi hermetik olur və kirin, ləkələrin nüfuz etməsindən qorunur, belə bir döşəməyə qulluq etmək daha asandır;
  • Unikal şəffaflıq sayəsində dekor parlaq qalır və zamanla solmur.

 

Yaxınlıqda mağaza tapın
Veb saytın performansını yaxşılaşdırmaq üçün kukilərdən istifadə edirik.
Saytda qalmaqla siz cookie fayllarının emalına razılıq verirsiniz