Statik elektrik — gündəlik həyatımızda mövcud olan fiziki hadisədir. O, saçı daradıqdan sonra onların qalxması və ya müxtəlif əşyalara, bəzən hətta insana toxunduqdan sonra qığılcımın yaranma hissi ilə özünü göstərə bilər.
Yığılmış elektrik yükləri həyat rahatlığını azaldır və müxtəlif əşyalarla qarşılıqlı əlaqəni çətinləşdirir, həmçinin toz və kirin cəlb olunmasına səbəb olur.
Quick-Step laminatı xüsusi texnologiyadan istifadə edilməklə istehsal olunur və uzunmüddətli antistatik effekti təmin edir. Bu texnologiyanın istifadəsi laminatın yükü ötürdüyü üçün keçirici funksiyanı yerinə yetirməsinə imkan verir. Bu o deməkdir ki, elektrostatik boşalmalar keçmişdə qaldı. İndi hətta quru iqlim şəraitində belə statik elektrikin yığılmasından qorxmaq olmaz. Beləliklə, Quick-Step laminat döşəmə örtüyü təkcə ev üçün deyil, həm də ofislər, mağazalar və s. üçün ideal həll olacaqdır. Quick-Step laminatının antistatik xüsusiyyəti uzunmüddətlidir və bütün istifadə müddəti ərzində davam edir.
Antistatik emal sayəsində Quick-Step laminat döşəmələri EN 1815 və EN 14041 normativlərinin (tikinti materiallarına dair Avropa direktivləri) tələblərinə cavab verir.